23.12.25 | Bakı 4.03° C |
10:06:25
Lent :

Peskov İlham Əliyevlə Putin arasındakı son görüşdən danışdı

22 dek 2025 23:00
DÜNYA
ads
Advertisement

Rusiya tərəfi 9 oktyabrda Düşənbədə baş tutan ikitərəfli görüşün nəticələrini müsbət dəyərləndirir.

Qutb.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya 1” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Moskva Vladimir Putin və İlham Əliyev arasında Düşənbədə keçirilmiş görüşün nəticələrini çox yüksək qiymətləndirir.

Peskov vurğulayıb ki, görüş tərəflər arasında münasibətlərin inkişafı baxımından əhəmiyyətli olub və əldə olunan razılaşmalar Rusiya-Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətlərinə töhfə verəcək.

Bundan əvvəl Azərbaycan Prezidentinin Administrasiyası Müstəqil Dövlətlər Birliyi dövlət başçılarının Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində Prezident İlham Əliyevin iştirak etməyəcəyini açıqlamışdı. Məlumata görə, buna səbəb dövlət başçısının sıx iş qrafikidir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
166 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
4.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur