İran Prezidenti Məsud Pezeşkian strateji məsələlər üzrə vitse-prezident Məhəmməd Cavad Zərifin istefasını qəbul edib.
Qutb.az bu barədə İran mətbuatına istinadən xəbər verir.
Bildirilib ki, Zərif istefa ərizəsini hələ martın 3-də təqdim etmişdi, lakin İran prezidenti onun ərizəsini yalnız indi qəbul edib.
Zərifin yerinə 59 yaşlı Mohsen İsmaili təyin olunub.