16.08.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

Putin Trampla hansı dildə DANIŞDI... - VİDEO

16 avq 2025 10:00
DÜNYA
ads

Məlum olduğu kimi, ötən gecə ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında Alyaskanın Ankoriç şəhərində tarixi görüş keçirildi.

Donald Tramp hava limanında rusiyalı həmkarı Vladimir Putini özü qarşılayıb.

Prezidentlər hava limanında qırmızı xalçanın üzərində əl-ələ görüşüblər və ayaqüstü qısa söhbət ediblər. Bu söhbət zamanı diqqətçəkən məqamlardan biri liderlərin yanında tərcüməçinin olmaması idi. Onlar bir-birilə tərcüməçisiz dialoq qurublar.

Maraqlıdır, Putin Trampla hansı dildə danışıb?

Qutb.az saytının Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, Vladimir Putinin Donald Trampla ingilis dilində danışdığı bildirilir.

Rusiya liderinin bioqrafiyası ilə bağlı məlumatlarda qeyd olunur ki, Vladimir Putin ana dili ilə yanaşı, iki xarici dil bilir: alman və ingilis dilləri.

Putinlə bağlı məlumatlarda bildirilir ki, o, alman dilini əla səviyyədə bilir, Putinin hətta bununla öyündüyü də qeyd olunur. Vladimir Putin vaxtilə “KQB” əməkdaşı kimi bir müddət Almaniyada xidmət edib.

Məlumatlara görə, Putin prezident olduqdan sonra ingilis dilini də öyrənib. Lakin Rusiya liderinin bu dili yüksək səviyyədə deyil, danışıq səviyyəsində bildiyi qeyd olunur.
 
“KQB” zabiti olan Vladimir Putin çox nadir hallarda publika qarşısında ingilis dilində danışır. Diplomatik görüşlər zamanı isə ümumiyyətlə ingiliscədən istifadə etmir, yalnız rus dilində danışır.

 




Ə.Qafarlı

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur