Gənc müəllim dünyasını dəyişdi
Yalnız su içmək kifayət deyil! İsti havalarda sərinləşmənin ən effektiv yolları
ABŞ-nin "Astronomer" texnologiya şirkətinin baş icraçı direktoru (CEO) Endi Bayron vəzifəsindən istefa verib.
Qutb.az xəbər verir ki, buna səbəb onun "Coldplay" qrupunun konsertində şirkətin insan resursları müdiri Kristin Kabot ilə qucaqlaşması görüntülərinin nəhəng ekrana verilməsi və videonun sosial şəbəkələrdə sürətlə yayılması olub.
ABŞ mediası hər iki şəxsin ailəli olduğunu ortaya çıxarıb. Hadisədən sonra şirkət məsələ ilə bağlı daxili araşdırma başladıb və Bayronun istefasını qəbul edib.
Şirkət rəhbərlərinin məsuliyyət və etik davranış baxımından nümunə göstərməli olduğunu bəyan edib. Hazırda şirkət yeni rəhbər axtarışına başladığını, müvəqqəti CEO-nun isə təyin olunduğunu açıqlayıb.