26.10.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Rusiyada miqrantlar arasında KÜTLƏVİ DAVA

26 okt 2025 04:00
DÜNYA
ads

Moskva polisi Prokşino yaşayış kompleksinin yaxınlığında dəyənək və kürəklərlə silahlanmış işçilər arasında baş verən kütləvi davadan sonra xuliqanlıq maddəsi ilə cinayət işi açıb.

 

Qutb.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volkun sözlərinə görə, 40 nəfər saxlanılıb.

 

O qeyd edib ki, davada iştirak edən əcnəbilər məsuliyyətə cəlb olunacaqlar.

 

"Həbs cəzası verilməyən xarici vətəndaşlar ölkəmizdən deportasiya ediləcəklər və sonradan müəyyən edilmiş qanuni prosedurlara uyğun olaraq ölkəyə girişinə icazə verilməyəcək. Bu tədbirin həyata keçirilməsinə Rusiya Daxili İşlər Nazirliyinin rəhbərliyi nəzarət edir", - deyə o əlavə edib.

 

Yaşayış kompleksi sakinləri işçilərin təmir olunan əmlak üzərində mübahisə etdiyini və park edilmiş avtomobillərə ziyan dəydiyini bildiriblər.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
158 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur