Macarıstan Milli Enerji və İqlim Planının yeni variantını - Veronika Baqi təqdim edəcək
Donetsk vilayətinin Pokrovsk şəhərində şiddətli küçə döyüşləri davam edir.
Ukrayna qüvvələri kritik vəziyyətdə qalıb, logistika xətləri qismən kəsilib, hərbçilər dronların nəzarətində olan marşrutlarla 10–15 kilometr məsafəni piyada qət etməyə məcbur olur.
Qutb.az xəbər verir ki, bu barədə “Ukrainska Pravda”ya şəhərdə və ətrafında döyüşən iki briqadanın zabitləri məlumat verib.
Məlumata görə, Rusiya ordusu şəhər daxilində və ətrafında bir neçə toplanma məntəqəsi yaradaraq hücumu davam etdirir. Əsas döyüşlər dəmir yolu istiqamətində, Pokrovsk-Qrişino xətti boyunca və Daçensk-Novopavlovka-Qnatovka arasında gedir.
Ukrayna tərəfi dron operatorlarının vurulduğunu, bəzi hallarda artilleriyaçıların və tank əleyhinə qrupların küçə döyüşlərinə girdiyini təsdiqləyib.
Hazırda şəhərin cənubunda bəzi mövqelər qorunur, lakin əlaqə zəifdir, bir sıra nöqtələr isə xəritədə olsa da, faktiki olaraq tərk edilmiş vəziyyətdədir.
“Piyada bölmələr demək olar ki, idarəetmədən kənarda qalıb. Hərbçilər aylarla eyni mövqedədir, su və yardım çatdırmaq üçün dronlardan istifadə edirik. Hər gün ölən və yaralananlarımız var”, - deyə ukraynalı zabit bildirib.
O, həmçinin yaralıların təxliyəsinin mümkün olmadığını, çünki rus qüvvələrinin bəzi meşə zolaqlarına nəzarət etdiyini deyib.
Pokrovskdakı ağır vəziyyət Mırnohrad şəhərinə də təsir edir, bu şəhərdən Ukrayna ordusunun əsas təminat marşrutları keçir. Məlumata görə, Mırnohradın şimalında rus bölmələrinin mövcudluğu artıq qeydə alınıb, bu da şəhərin tam mühasirəsi riskini artırır.
Zabitlər bildirirlər ki, əgər Pokrovsk tam itirilərsə, Mırnohrad qarnizonu üçün çıxış yolu qalmayacaq.
Hazırda bölgədə Ukrayna qüvvələri tam tükənmə həddində döyüşür, itkilər isə hər gün artır.