9 may - faşizm üzərində Qələbə Günü
Almaniyanın Federal Kansleri Olaf Şoltsun bu vəzifədə fəaliyyətinin başa çatması ilə əlaqədar Berlində vida mərasimi keçirilib.
Qutb.az xəbər verir ki, mərasimdə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, Bundestaqın sədri Yuliya Klökner, dövlət və hökumət rəsmiləri, parlamentin deputatları iştirak ediblər.
Berlindəki “Bendlerblok” kompleksində təşkil olunan mərasimdə çıxış edən Almaniyanın müdafiə naziri Boris Pistorius Kansler Olaf Şoltsun fəaliyyətinin dünyada və Avropada olduqca çətin dövrə təsadüf etdiyini, lakin onun qətiyyətli və təmkinli liderliyinin həm Almaniya daxilində, həm də beynəlxalq arenada öz təsirini göstərdiyini vurğulayıb. Olaf Şoltsun xidmətlərini yüksək qiymətləndirən nazir onun Almaniyanın təhlükəsizlik və müdafiə siyasətində mühüm dönüş yaratdığını, Ukraynaya ən böyük dəstək verən Avropa dövləti kimi Almaniyanın mövqeyini və Silahlı Qüvvələri gücləndirdiyini, keçirdiyi islahatlarla Almaniyanın modernləşməsinə töhfə verdiyini deyib.
Kansler Olaf Şolts rəsmi vida mərasimində çıxış edərək qarşıdan gələn hökumət dəyişikliyini “demokratik normanın ifadəsi” kimi dəyərləndirib. “Almaniyaya onun Federal Kansleri kimi xidmət etmək həyatımın ən böyük şərəfi idi və bu, belə də da qalacaq”, - deyən Olaf Şolts yeni hökumətin sivil, kollegial və ləyaqətli şəkildə hakimiyyətə keçməsini yüksək qiymətləndirib, gələcək Kansler Fridrix Mertsə uğurlar arzulayıb.