04.08.25 | Bakı 28.03° C |
10:06:25
Lent :

Süni intellekt bəşəriyyətin sonunu gətirə bilər - XƏBƏRDARLIQ

03 avq 2025 01:00
DÜNYA
ads
Advertisement

Süni intellektin sürətlə inkişafı bəşəriyyət üçün ölümcül təhlükəyə çevrilə bilər.

Qutb.az xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu “The Times” qəzeti "Machine Intelligence Research Institute" (MIRI) adlı qeyri-kommersiya təşkilatının rəhbəri, "Google" və "Microsoft" şirkətlərində çalışmış keçmiş mühəndis Beyt Suarez istinadla məlumat yayıb.

Ekspertin sözlərinə görə, əgər süni intellekt texnologiyalarının inkişafı indiki sürətlə davam etsə, insanlığın məhv olması ehtimalı ən azı 95 faiz təşkil edir.

O bildirib ki, hazırda süni intellekt sistemləri ilkin mərhələdə olsa da, yaxın gələcəkdə onlar özləri məqsəd müəyyən edə, müstəqil qərar verə və uzunmüddətli planlar qura biləcəklər.

“Biz böyük sürətlə uçuruma doğru hərəkət edirik. Demirəm ki, maşını saxlamaq mümkün deyil. Sadəcə olaraq biz onu hələ də dayandırmamışıq”, – deyə Suarez vurğulayıb.

Mütəxəssis süni intellektin qərarvermə prosesinə nəzarətin mümkün olmamasını və onun sistematik şəkildə insanları aldatmaq qabiliyyətini xüsusi təhlükə kimi qeyd edib. “Biz gerçəyi öyrənə bilməyəcəyik. Süni intellektin bir çox daxili qərarvermə prosesi insanlar üçün artıq anlaşılmazdır”, – deyə o qeyd edib.

Qəzetin təqdim etdiyi qorxulu ssenarilərdən biri də süni intellektin bioloji silah hazırlayıb onu böyük şəhərlərin əhalisini səssizcə yoluxdurmaq üçün istifadə etməsi ehtimalıdır.

Mütəxəssislər dünya ictimaiyyətini və texnologiya şirkətlərini bu təhlükəni ciddi qəbul etməyə və təcili şəkildə tənzimləyici mexanizmlər üzərində düşünməyə çağırırlar.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
28.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur