31.07.25 | Bakı 24.03° C |
10:06:25
Lent :

Zukerberqin 1 milyard dollarlıq təklifini RƏDD ETDİLƏR

31 iyl 2025 01:00
DÜNYA
ads
Advertisement

Süni intellekt sahəsində fəaliyyət göstərən bir tədqiqatçı “Meta” şirkətinin rəhbəri Mark Zukerberqin 1 milyard dollarlıq əmək müqaviləsi təklifini qəbul etməyib.

Qutb.az “Telegraph”a istinadən xəbər verir ki, Kaliforniyada yerləşən “Thinking Machines” adlı süni intellekt startapının bir neçə əməkdaşına “Meta” tərəfindən yüz milyonlarla dollar dəyərində təkliflər göndərilib.

Bu təkliflər bir neçə il ərzində 1 milyard dollara qədər yüksələ bilərdi. Digər təkliflər isə 200–500 milyon dollar arasında dəyişirdi və ilk il üçün 50–100 milyon dollar dəyərində bonus da nəzərdə tutulurdu. Buna baxmayaraq, “Thinking Machines” əməkdaşlarından heç biri “Meta” ilə əməkdaşlıq etməyə razılıq verməyib. Şirkət ötən ay məhsulu belə olmayan bir mərhələdə 12 milyard dollar dəyərində qiymətləndirilib və 2 milyard dollar investisiya cəlb edib.

“Meta” şirkətinin sözçüsü yayılan məlumatların bəzilərini təkzib etsə də, “Thinking Machines” əməkdaşlarına bir neçə təklifin edildiyini təsdiqləyib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
24.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur