23.05.25 | Bakı 14.03° C |
10:06:25
Lent :

10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi

23 may 2025 14:00
GÜNDƏM
ads
Advertisement

"Bakı Ağac Emalı" ASC-nin qanuni təmsilçisi dəyişib.

Qutb.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Əkbərov Natiq Məmmədrəhim oğlu ASC-nin qanuni təmsilçiliyindən çıxarılıb və yerinə İbrahimov Nəriman Həsən oğlu gətirilib.

Qeyd edək ki, sözügedən ASC illər əvvəl "İBRA Holdinq"in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib. Sexin təsisçisi Tağı İbrahimov və onun qardaşı, "Avesta" şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli olub.

Yeni qanuni təmsilçinin Tağı İbrahimovun əmisi olduğu deyilir. 

ASC-nin ilk qanuni təmsilçisi isə İbrahimov Həmid Kazım oğlu olub. Həmid İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun yaxın qohumu idi və 2020-ci ildə dünyasını dəyişib. Sözügedən zavod isə Nazim İbrahimov komitə sədri olduğu ildən bir il sonra, yəni 2009-cu ildə Həmid İbrahimovun adına keçirilib. 

Xatıradaq ki, 2024-cü ilin yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğın olub. Sözügedən yanğına görə "Bakı Ağac Emalı" ASC-yə sahibi Tağı İbrahimov və ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayev həbs edilib. 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
14.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur