12.10.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

48 nəfər işinə bərpa olundu

15 sen 2025 11:01
GÜNDƏM
ads
Advertisement

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-avqust ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 349 min 334 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Nazirlikdən Qutb.az-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

Bu vəsaitin 92 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 48 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib. Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur