İyulun 23-dən etibarən xarici ölkə vətəndaşlara Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə getməyə icazə verilib.
Belə ki, əcnəbilərin Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi şəhərlərinə xüsusilə icazə alaraq səfər etmək imkanı yaradılıb.
Qutb.az indiyədək azad olunan bölgələrə getmək üçün icazə alan əcnəblərin sayını öyrənmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxlayıb.
Sorğuya cavab olaraq bildirilib ki, sözügedən tarixdən etibarən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə fərdi minik avtomobilləri ilə səfər etmək üçün www.yolumuzqarabaga.az portalı üzərindən müraciət edən 574 xarici ölkə vətəndaşına icazə verilib.
Qeyd edək ki, bu imkan Azərbaycana 90 gün müddətinə səfər edən, eləcə də ölkəmizdə müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olan xarici vətəndaşlara şamil olunur.