XİN-dən Azərbaycana qaytarılan 4 kəndlə bağlı açıqlama
Daha 15 ailə Şuşaya qayıdır
“Turan Tovuz”un baş məşqçisi klubdan getdi
“Abituriyentlər açıq tipli sualları cavablandırarkən müəyyən səhvlər edə bilərlər. Əgər onlar yanlış cavabın üzərindən xətt çəkib, yaxud qaralama edib düzgün cavabı yazsalar, həmin suala görə bal azaldılmır”.
Qutb.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, əsas məqsəd düzgün cavabı tələb edilən formada qeyd etməkdir.
“Təbii ki, abituriyent açıq suala cavabı elə formada yazmalıdır ki, markerlər tərəfindən oxunula bilsin. Onu da qeyd edim ki, bu yalnız açıq tipli suallara aiddir”- deyə X.Xanlarzadə əlavə edib.