05.05.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Aİ Türkiyəyə möhtacdır: Görün Ankaranı nəyə sürükləyirlər

11 iyn 2024 10:00
GÜNDƏM
ads
Advertisement

“Ankara Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşularsa, bu, oyunu dəyişəcək”.

Publika.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano deyib. O, Brüsseldə türkiyəli jurnalistlərlə görüşüb və Türkiyənin Avropa İttifaqına daxil olmasını şərh edib.

O, media nümayəndələrini türkcə salamlayaraq Türkiyəni çox sevdiyini bildirib.

Stano vurğulayıb ki, Ankaranın sanksiyaları qəbul etməsi Aİ-də “etimad” yaradacaq: "Bu, Türkiyənin həqiqətən də öz namizədliyini ifadə etməkdə səmimi və açıq olduğunun son sübutu ola bilər”.

Aİ nümayəndəsi Kipr məsələsinin Türkiyənin İttifaqa qəbuluna əngəl törətməsi fikrini də ifadə edib.

“Avropa Birliyinin Türkiyəyə ehtiyacı olduğu kimi Türkiyənin də Avropa İttifaqına ehtiyacı var. Biz birlikdə daha güclüyük. Türkiyə təkcə özü üçün deyil, həm də region və Aİ üçün mühüm ölkədir", - deyə Stano fikrini yekunlaşdırıb.

Adəm Abbaslı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur