14.05.25 | Bakı 19.50° C |
10:06:25
Lent :

Aygün Kazımovadan Namiqə "Yaşadığımız hər şeyə görə..."

29 yan 2024 10:00
GÜNDƏM
ads

"Əlbəttə o günlərin xatirəsi gözəldir. Hər gününə minnətdaram. Yaşadığımız hər şeyə görə minnətdaram Namiqə... ".

Publika.az baku.ws-ə istinadən bildirir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "7 tamam" verilişinə qonaq olarkən deyib.

Pop diva bir zamanlar duet ortağı olan meyxanaçı Namiq Qaraçuxurluya təşəkkürünü bildirib.

Sənətçi hazırda da onu keçmiş duet ortağı ilə musiqinin birləşdirdiyini qeyd edib:

"Çox gözəldir, bizi yenə musiqi birləşdirdi. Musiqiyə olan sevgimiz, istəyimiz... O zaman da bizi musiqi birləşdirmişdi. İndi yenə də bizi musiqi birləşdirdi. Amma səhnədə... Çoxları üçün bir çox şey maraqlıdır. Elə qoy maraqlı olaraq da qalsın".

Xatırladaq ki, Xalq artisti ilə Qaraçuxurlu uzun illər bir yerdə duet ortağı olublar. Daha sonra ayrılaraq küsülü qalan ikili hazırda nadir hallarda məclislərdə birlikdə oxuyurlar.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.50° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur