Sahibə Qafarova Simonyanla ikinci görüşündən danışdı
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Naxçıvanda “Beynəlxalq yük daşımalarında iştirak edən sürücülər üçün iş və istirahət rejimi” mövzusunda xüsusi təlimlər təşkil edilib. Təlimlər Nazirlər Kabinetinin 147 nömrəli Qərarı ilə təsdiq edilən “Taxoqrafdan istifadə, ona xidmət və rəqəmsal taxoqraf kartından istifadə üzrə” proqram əsasında həyata keçirilir.
Bu barədə Qutb.az-a AYNA-dan məlumat verilib.
Bildirilib ki, təlimlərə 45 sürücü cəlb olunub. Tədris prosesi sürücülərin beynəlxalq yük daşımalarında təhlükəsiz və qanunvericiliyə uyğun fəaliyyətini təmin etmək məqsədilə nəzəri və praktik hissələri əhatə edir. Proqram çərçivəsində sürücülərə taxoqrafların tətbiqi və istifadəsi ilə bağlı ümumi tələblər, taxoqrafların təyinatı, növləri və texniki xüsusiyyətləri, sürücülərin iş və istirahət rejimi qaydaları, sürücü kartı və ondan istifadə qaydaları tədris edilir.
Qurumdan verirlən məlumata görə, təlimlərdə uğur qazanan iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq. Sertifikat sahibləri beynəlxalq səviyyədə tanınan taxoqraf kartlarını əldə edə biləcəklər.
Təlimlər yükdaşıma fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də sürücülərin peşəkar bilik və bacarıqlarının artırılması baxımından böyük əhəmiyyət kəsb edir.