Bakı şəhərində soyğunçuluq edən 3 şəxs saxlanılıb.
DİN-dən Qutb.az-a verilən xəbərə görə, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Belə ki, 2 naməlum şəxs bir evə daxil olaraq qəsəbə sakininə məxsus seyfdən 1100 manat pul və 14 400 manat dəyərində qızıl-zinət əşyalarını soyğunçuluq yolu ilə talayıb.
Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı F.Omarova və daha bir nəfər müəyyən olunaraq saxlanılıblar.
Yasamal rayonunda isə paytaxt sakininə fiziki zor tətbiq edərək ona məxsus pul kisəsini talamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı E.Qəhramanov da saxlanılıb.
Araşdırma aparılır.