20.06.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

Bakıda quldurluq edənlər saxlanıldı

10 iyn 2025 16:00
GÜNDƏM
ads

Suraxanı rayonu ərazisində iki quldurluq hadisəsi qeydə alınıb.

Qutb.az xəbər verir ki, paytaxt sakini olan bir nəfər polisə müraciət edərək idarə etdiyi “Toyota” markalı avtomobildə sərnişin qismində əyləşən şəxsin onu kəsici alətlə hədələdiyini və 48 manatını taladığını bildirib. Həmçinin, rayon ərazisində daha bir şəxs mağazalardan birinə daxil olaraq orada çalışan satıcını kəsici alətlə hədələyib və 150 manat pul vəsaitini quldurluq yolu ilə talayıb.

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 26 yaşlı K.Əsgərov və 32 yaşlı E.İbrahimov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur