14.10.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

Bakıda yarım milyonluq maşına görə 300 manat cərimə yazıldı

14 okt 2025 14:00
GÜNDƏM
ads

Bakıda fəaliyyət göstərən şirkət gömrük sənədlərini vaxtında təqdim etmədiyinə görə 300 manat məbləğində cərimələnib.

Qutb.az-ın məlumatına görə, şirkətin ünvanına Böyük Britaniyadan 2025-ci il istehsalı olan “Bentley” markalı avtomobil idxal olunub. Lakin avtomobil “Mazımqara” gömrük postundan keçərək ölkəyə gətirildikdən sonra, qanunla nəzərdə tutulmuş 15 gün müddətində gömrük bəyannaməsi təqdim edilməyib.

Gömrük Komitəsi bu faktı aşkar edərək inzibati xəta protokolu tərtib edib. İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən cərimə tətbiq olunub.

Qeyd edək ki, 2025-ci il istehsalı “Bentley” markalı avtomobillərin bazar qiyməti, model və komplektasiyasından asılı olaraq, yarım milyon manata yaxın qiymətləndirilir.

Elnur Əmirov

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur