14.08.25 | Bakı 23.03° C |
10:06:25
Lent :

Biləsuvarda balıqlar kütləvi şəkildə öldü - Nazirlikdən REAKSİYA

13 avq 2025 00:00
GÜNDƏM
ads

Biləsuvar rayonunda yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatında balıqların kütləvi tələfatı qeydə alınıb.

Qutb.az xəbər verir ki, bu barədə "Report"a sakinlər məlumat verib.

Onların sözlərinə görə, bir neçə gündür ki, sözügedən təsərrüfat ərazisində suyun səviyyəsinin kəskin azalması balıqların kütləvi tələfatına səbəb olub.

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Biləsuvar rayonunda yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatında balıqların kütləvi tələfatına səbəb Salyan-Muğan ötürücü kollektoru qarşısında yerləşən bəndin açılması olub.

Belə ki, bu səbəbdən kollektorun suyunun Xəzər dənizinə axıdılması bərpa olunub.

"Nəticədə Mahmudçala ovçuluq təsərrüfatı ilə kollektor arasında su səviyyəsində yaranan fərqə görə, kollektor istiqamətinə suyun geri axını baş verir. Bu proses zamanı su ilə birlikdə bəzi balıqların da kollektor istiqamətində hərəkət etməsi və qismən tələf olması halları müşahidə edilə bilər", - deyə məlumatda vurğulanıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
23.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur