20.06.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

Bu universitetdə üç yeni ixtisas açıldı

10 iyn 2025 16:00
GÜNDƏM
ads

Bakı Mühəndislik Universitetinə (BMU) 2025/2026-cı tədris ili üçün bakalavriat səviyyəsində əlavə olaraq üç yeni ixtisas üzrə tələbə qəbulu həyata keçiriləcək. 

Qutb.az xəbər verir ki, yeni ixtisaslar sırasında qərarlaşan və 55 yer ayrılan “Data analitikası”na qəbul yalnız ingilis bölməsi üzrə aparılacaq.  Digər yeni ixtisaslara-“Dekorativ-tətbiqi sənət” və “Turizm işinin təşkili”nə qəbul Azərbaycan bölməsi üzrə həyata keçiriləcək. Bu ixtisaslara müvafiq olaraq 30 və 60 yer ayrılıb.

Ümumilikdə BMU-nun bakalavriat səviyyəsinə qəbul 39 ixtisas üzrə aparılacaq (//beu.edu.az/az/page/bakalavr-tehsili-182/). 

Tədris olunacaq ixtisaslara görə ayrılmış 2585 plan yerinin 1745-i Azərbaycan bölməsi (əyani), 200 yer qiyabi təhsil forması, 640 yer isə ingilis bölməsinin (əyani) payına düşür. 

Bu ildən yeni ikili diplom proqramı da həyata keçiriləcək. “Kimya mühəndisliyi” ixtisasına kadr hazırlığı Çin Xalq Respublikasının Pekin Kimya Texnologiyaları Universiteti ilə birgə ikili diplom proqramı çərçivəsində aparılacaq. Yüksək akademik göstəricilərə sahib tələbələr III və IV tədris illərində Çində təhsillərini davam etdirəcəklər. 

Qəbul planında bu il də bakalavriat səviyyəsi üzrə qiyabi təhsil forması öz əksini tapıb və ümumilikdə 9 ixtisas tədris ediləcək.

Qeyd edək ki,  “Memarlıq” və “Dizayn”, o cümlədən yeni açılan “Dekorativ-tətbiqi sənət” ixtisasları üzrə qabiliyyət imtahanı nəzərdə tutulmayıb. 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur