15.06.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Çaylarda sululuq artıb

15 iyn 2025 10:00
GÜNDƏM
ads
Advertisement

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Qutb.az-a verilən xəbərə görə, avtomat hidroloji stansiyaların iyunun 15-i saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

Yağan yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçay çayından sel keçir.

Böyük Qafqaz ərazisindən axan Əyriçayda 69 sm, Katexçayda 24 sm, Qudiyalçayda 4 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 16 sm, Zəyəmçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 5 sm, Oxçuçay və Bərgüşadçayda 2 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 12 sm artıb, su sərfi 132 m3/san olmaqla normanın 78%-ni təşkil edir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur