Dövlət Təhlükəsizliyi Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.
Qutb.az News24.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.
Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil.
Eyni zamanda bildirilir ki, icra başçısının iki müavini də onunla birlikdə saxlanılıb.
Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunub.