Azərbaycan nefti ucuzlaşıb
Əfv sərəncamının icrası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində davam etdirilib.
Sərəncam bu müəssisədəki məhkumlardan 11 nəfərə şamil olunub. Onlardan 7 nəfər azadlığa buraxılıb, 4 nəfərin isə cəzası yarıya endirilib.
Eyni zamanda, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən 2 məhkuma əfv sərəncamı şamil edilib. Onlardan bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Müəssisədə cəza çəkən bir məhkumun isə cəzası azaldılıb.
Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsində icra edilib.