Bakıda 21 yaşlı qız itkin düşüb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədəki səhifəsində Analar Günü ilə bağlı mesaj yayıb.
Qutb.az-ın məlumatına görə, Ərdoğan ölkənin bütün analarına minnətdarlığını bildirib, onların nə qədər dəyərli olduğunu, göstərdikləri fədakarlıqları vurğulayıb.
Ərdoğan mesajında qeyd edib ki, heç bir uşaq anasına sevgisinin və zəhmətinin əvəzini tam ödəyə bilməz.
Türkiyə prezidenti onu da bildirib ki, artıq bu dünyadan köçmüş bütün analar, o cümlədən öz anası üçün dua edir.
Türkiyə prezidenti müraciətində oğulları hərbi xidmətə çağırılaraq vətən uğrunda canlarını fəda edən analara xüsusi ehtiramlarını bildirib.