Qərbli havadarlardan alınan təlimatlar: Paşinyan dediyi kimi addımlar atarsa... - ŞƏRH
Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan siyasi partiyalarının iştirakı ilə "Qarabağ müzakirəsi" keçirilib.
Qutb.az xəbər verir ki, bu barədə Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev sosial şəbəkədə məlumat yayıb.
Razi Nurullayevlə yanaşı, görüşdə Müsavat Partiyasının Məclis sədri Arif Hacılı da iştirak edib.
Ermənistanı müxalifət olan "İşıqlı Ermənistan" partiyasının sədri Edmon Marukyan və hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvü, Ermənistan parlamentinin deputatı Arusya Culhakyan təmsil edib.