06.06.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

Fərqlənmə attestatı alan məzunlarının sayına görə birinci olan şəhər açıqlandı

04 iyn 2025 21:00
GÜNDƏM
ads
Advertisement

Azərbaycanda ötən tədris ilində ən çox fərqlənmə attestatı alanlar Sumqayıt məzunları olublar. 

 

Qutb.az Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi “Abituriyent 12” jurnalına istinadən bildirir ki, şəhərin məzunları bu sahədə respublika üzrə birincilik əldə ediblər.

 

Sumqayıtda keçən tədris ilində ümumilikdə 697 nəfər məzun fərqlənmə attestatı alıb. Onların 307-si IX, 390-ı isə XI sinif məzunu olub. İkinci yerdə Bakı şəhərinin Xətai (ümumilikdə 675), üçüncü yerdə Nəsimi rayonunun (ümumilikdə 635) məzunları qərarlaşıb.

 

Qeyd edək ki, fərqlənmə attestatları məzuna iki əsas meyara əsasən verilir. Bunun üçün məzunun bütün fənlər üzrə illik (yekun) qiymətləri “5” olmalı, buraxılış imtahanlarında hər bir fəndən minimum 75 bal toplamalıdır.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur