17.08.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

FHN-dən yanğın təhlükəsizliyi ilə bağlı XƏBƏRDARLIQ

17 avq 2025 12:00
GÜNDƏM
ads
Advertisement

Fövqəladə Hallar Nazirliyi (FHN) səlahiyyətləri çərçivəsində ölkədə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə vətəndaşların yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi işini davam etdirir.

 

Qutb.az xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə yaşayan, işləyən, həmçinin həmin ərazilərə səfər edən vətəndaşlarla yanğın təhlükəsizliyinə dair profilaktik söhbətlər aparılıb.

 

Xankəndi şəhərində, Qubadlı, Zəngilan, Xocalı və Xocavənd rayonlarında aparılmış növbəti maarifləndirmə işləri çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan, tikinti, yenidənqurma və bərpa işləri ilə məşğul olan, ictimai-iaşə obyektlərində çalışan, o cümlədən istirahət və işgüzar məqsədlərlə meşə, açıq ərazi və əkin sahələrinə gedən vətəndaşlara zəruri yanğın təhlükəsizliyi qaydaları ətraflı izah olunaraq onlara əyani vəsaitlər təqdim edilib.

 

FHN bir daha vətəndaşlara müraciət edərək işğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə ciddi riayət edilməsinin vacibliyini xatırladır.

 

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur