Kəlbəcərə ilk köçdə getmək istəyənlər hara müraciət etməlidir? – RƏSMİ AÇIQLAMA
Gəncə şəhərində qurumuş, qəzalı və ətraf mühitə mənfi təsir edən ağacların nişanlanması işlərinin aparılmasında məqsəd yaşıllıq sahələrinin sağlamlaşdırılması, estetik görünüşün yaxşılaşdırılmasıdır. Eyni zamanda, Gəncəni yaşıllıqlarla zəngin məkana çevirmək, həmçinin yaşıllıqlara qanunsuz müdaxilələrin və sui-istifadə hallarının qarşısını almaq, yaşıllıqları mühafizə etməkdir.
Qutb.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib.
“Eyni zamanda bioloji müxtəlifliyin dəstəklənməsi və iqlim dəyişikliyinə qarşı adaptasiya tədbirləri baxımından da bu cür planlı işlər olduqca əhəmiyyətlidir”-deyə M.Qənbərov əlavə edib.
O qeyd edib ki, görülən bu tədbirlərin ictimaiyyətə daha əlçatan olması üçün nişanlanan ağacların sayı, yerləri və onların yerinə mövsümdə əkiləcək yeni ağaclar barədə məlumatlar mütəmadi şəkildə www.agac.az səhifəsində əks olunacaq ki, bununla da ictimaiyyət bu məlumatları daha asan əldə edə biləcək.