25.05.25 | Bakı 17.03° C |
10:06:25
Lent :

Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK

25 may 2025 18:01
GÜNDƏM
ads

Türkiyə xarici işlər naziri Hakan Fidan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

 

Qutb.az xəbər verir ki, bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb.

 

Bildirilib ki, mayın 26-27-də Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada səfərdə olacaq Fidan Rusiya Prezidenti tərəfindən qəbul olunacaq.

 

Bundan başqa, Türkiyə XİN başçısının rusiyalı həmkarı Sergey Lavrov, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski və müdafiə naziri Andrey Belausovla görüşlər keçirəcəyi qeyd olunub.

 

Görüşlərdə Türkiyə-Rusiya münasibətləri, Ukrayna böhranının həlli müzakirə olunacaq.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
17.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur