08.05.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

İcra başçısının müavini “Azəriqaz”dan narazıdır: Kəndlər qazlaşdırılmır

08 may 2025 16:00
GÜNDƏM
ads

“Azəriqaz” İstehsalat Birliyi baş direktorunun birinci müavini Nail Abdullayev “Kommunal infrastrukturun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən forumdakı çıxışında təmsil etdiyi qurumun hazırda ölkə üzrə 11 regional idarə ilə fəaliyyət göstərdiyini, onun illik qaz qəbul və satış həcmini 8,4 milyard kubmetrə çatdırdığını bildirib. Bununla belə hələ də təbii qazla təmin olunmayan yaşayış yerləri də var.

Həmin rayonlardan biri olan Lerik İcra Hakimiyyəti başçısının müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov Qutb.az-a açıqlamasında bildirib ki, Lerikə ilk dəfə qaz xətti Prezident İlham Əliyevin əmri ilə 2006-cı il oktyabrın 23-də çəkilib. Hazırda rayonun 162 yaşayış məntəqəsindən cəmi 61-i qazlaşdırılıb:

“Geri qalan 101 məntəqə isə qazlaşdırılmayıb. Dəfələrlə "Azəriqaz" İB-yə müraciət etsək də, bizə cari ildə və qarşıdakı bir neçə ildə qazlaşdırma prosesinin aparılmayacağı bildirilib. Bu da əhalini narahat edir".

“Hətta qaz xətti üzərində yerləşən, cəmi bir neçə metr aralıda yerləşən yaşayış məntəqələri belə qazlaşdırılmır. Bu da əhalinin haqlı narazılığına səbəb olur”, - H.Məlikov bildirib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur