04.06.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

İlk Azərbaycan cizgi serialı DOST Mərkəzində təqdim olunub

02 iyn 2025 19:11
GÜNDƏM
ads
Advertisement


“ARB Günəş” və “Animacenter” özəl animasiya mərkəzinin birgə layihəsi çərçivəsində ərsəyə gələn ölkənin ilk cizgi serialının DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təqdimatı olub.


 


Maarifləndirici və əyləncəli məzmuna malik “Balaş” adlı cizgi serialı 1 İyun - Uşaqların Beynəlxalq Müdafəsi Günü münasibətilə Mərkəzdə həssas qruplara aid uşaq və yeniyetmələrə təqdim edilib.


 


Tədbirdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə əlilliyi olan şəxslər və digər həssas qruplardan olanların yaradıcı potensialının inkişafı üçün aparılan işləri diqqətə çatdırıb. Bildirib ki, ölkənin ilk animasiya serialının DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təqdimatlı da təsadüfi deyil. Mərkəz 4 ilə yaxındır ki, həssas kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiyası və inklüziv dəyərlərin təşviqi istiqamətində ardıcıl, innovativ layihələrə imza atır. “Balaş” animasiya filmi də bu missiyaya mühüm töhfə verir.


 


“ARB Günəş” televiziyasının rəhbəri Məhsim Məhsimov 10 il əvvəl fəaliyyətə başlayan bu televiziyanın 2018-ci ildə yaradılan peşəkar dublyaj studiyasında onlarla cizgi və animasiya filminin Azərbaycan dilinə tərcümə olunaraq, azyaşlı izləyicilərə təqdim edildiyini bildirib.


 


O, “ARB Günəş”in uşaqlar üçün tərbiyəvi və maarifləndirici proqramlarını vurğulayıb. Qeyd edib ki, əyləncəli və maarifləndirici məzmunda olan “Balaş” serialı növbəti mövsümdən “ARB Günəş” televiziyasında yayımlanacaq.


 


Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev ölkənin ilk cizgi serialının ərsəyə gəlməsinin önəmini diqqətə çatdırıb, belə layihələrin davamlı olmasını arzulayıb. Audiovizual Şura bundan sonra da “ARB Günəş” televiziyasına bu kimi layihələrin icrasında daim dəstək olacağını deyib.


 


Təqdimat mərasimində serialının rejissoru və animatoru Sultan Abbasbəyli, ssenari müəllifi Reyhan Yusifqızı, serialda müxtəlif personajları səsləndirən Fəxri Mədəniyyət İşçisi Rəhim Rəhimov çıxış edərək cizgi serialının uşaqları maarifləndirəcəyini də söyləyiblər.


 


Qeyd olunub ki, artıq 28 seriyası hazır olan bu cizgi filmi uşaqlara milli dəyərləri, ailə bağlarını, dostluq münasibətlərini və əxlaqi prinsipləri aşılayır, onların estetik zövqünü inkişaf etdirir.



Təqdimat mərasiminin sonunda uşaqlara “ARB Günəş” televiziyası tərəfindən müxtəlif mövzuda uşaq ədəbiyyatı nümunələri paylanılıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur