22.06.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

İndoneziya Azərbaycana təşəkkür etdi

21 iyn 2025 23:00
GÜNDƏM
ads

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov indoneziyalı həmkarı Suqiono ilə görüşüb.

 

Qutb.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabındakı paylaşımında deyilir.

 

Tərəflər İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində bir araya gəliblər.

 

Nazirlər İsrail və İran arasında mövcud eskalasiyanı müzakirə edib və narahatlıqlarını ifadə ediblər. Onlar diplomatik həllə çağırışlarını təkrarlayıblar. İndoneziya tərəfi vətəndaşlarının İrandan təxliyəsinin asanlaşdırılmasına görə Azərbaycana minnətdarlığını bildirib.

 

Azərbayca ilə İndoneziya arasında bir sıra sektorlar üzrə, xüsusilə də iqtisadiyyat, nəqliyyat və turizm sahələrində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

 

BMT, İƏT, Qoşulmama Təşkilatı, D-8 və digər qlobal və regional təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi qeyd edilib.

 

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur