08.05.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

İrakli Kobaxidze hakim partiyaya sədr seçildi

07 may 2025 15:00
GÜNDƏM
ads
Advertisement

Hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının qurultayında ölkənin baş naziri İrakli Kobaxidzeni yeni sədr seçib.

Qutb.az xəbər verir ki, 2024-cü ilin fevralından hakim partiyaya sabiq baş nazir İrakli Qaribaşvili rəhbərlik edirdi. Lakin o, aprelin 25-də siyasətdən getdiyini elan edəndən sonra partiya sədri vəzifəsi boş qalıb.

Kobaxidze ikinci dəfə partiya sədri olub. O, ilk olaraq 2021-ci ilin yanvarından 2024-cü ilin yanvarına qədər partiyaya rəhbərlik edib.

“Gürcü arzusu”nun təsis qurultayı 21 aprel 2012-ci ildə baş tutub. 2012-ci ilin payızında keçirilən parlament seçkilərində partiya qalib gəlib və o vaxtdan Gürcüstan parlamentində çoxluğu qoruyub saxlayır.

Müxtəlif vaxtlarda partiyanın sədrləri arasında təsisçi Bidzina İvanişvili, Gürcüstanın keçmiş baş nazirləri İrakli Qaribaşvili və Giorgi Kvirikaşvili də olub. Üstəlik, İvanişvili və Qaribaşvili iki dəfə partiyaya rəhbərlik ediblər.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur