İran-Amerika danışıqlarının beşinci raundu cümə günü İtaliyanın paytaxtı Romada keçiriləcək.
Qutb.az xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Seyid Bədr bin Həməd bin Həmud Əlbusaidi bildirib.
O, sosial şəbəkədə yazıb: "İran-Amerika danışıqlarının beşinci raundu bu cümə, mayın 23-də Romada baş tutacaq".
İran və ABŞ nümayəndə heyətləri Omanın paytaxtı Maskat və İtaliyanın Roma şəhərində Tehranın nüvə proqramı və ABŞ sanksiyalarının ləğvi ilə bağlı dolayı danışıqların dörd raundunu keçirib.
Bundan əlavə, İran və üç Avropa ölkəsi - Fransa, Almaniya və Böyük Britaniya ötən cümə günü İstanbulda yüksək səviyyəli görüş keçirib.