“Mənim dilənçi olduğumu düşündülər” – Əllərini ayaqları ilə əvəzləyən Alik Cəfərovla ÖZƏL MÜSAHİBƏ
Bakı şəhəriindəki 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli vəzifəsindən azad edilib.
Rəsmi açıqlamada bildirilib ki, Yaqut Müseyibli fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.
Qeyd edək ki, 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb. Səs yazısında o, "Son Zəng" üçün pul yığılmasını tələb edir.
Ancaq Yaqut Müseyibli nöqsanlara görə çıxarılan ilk məktəb direktoru deyil.
2024-cü il ərzində müxtəlif istiqamətlər üzrə 4743 monitorinq keçirilib. Ölkə üzrə təhsil müəssisələrini əhatə edən monitorinqlər nəticəsində 36 məktəb direktoru işdən azad edilib, 38 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 96 nəfərə töhmət verilib, 34 direktora isə xəbərdarlıq elan edilib.
Qutb.az-ın məlumatına görə, bu gün jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov işdən çıxarılan məktəb direktorlarının aqibəti barədə sualı cavablandırıb.
O qeyd edib ki, məktəb direktoru əmək funksiyasını kobud şəkildə pozan zaman tutduğu vəzifədən azad edilir:
"Direktorun təhsili və əvvəlki pedaqoji fəaliyyəti nəzərdə tutularaq əmək qanunvericiliyi ilə tənzimlənibsə, biz buna etiraz etmirik, o pedaqoji fəaliyyətini davam etdirə bilər. Ancaq məktəb rəhbərliyi kimi fəaliyyət göstərə bilməz”.