06.05.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

İsrail HƏMAS-ın girovları azad etmək təklifini rədd etdi

02 yan 2024 06:00
GÜNDƏM
ads

İsrail rəhbərliyi Fələstinin radikal HƏMAS hərəkatının girovların azad edilməsi ilə bağlı yeni təklifini rədd edib.

Publika.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Ötən bazar günü HƏMAS nümayəndələri Qətər və Misirdəki vasitəçilərlə girovların üç mərhələdə azad edilməsini nəzərdə tutan yeni razılaşma təklifi irəli sürüblər.

Onların hər birində bir aydan çox davam edən humanitar pauzanın yaradılması təklif edilib.

Eyni zamanda, HƏMAS nümayəndələri razılaşmaların həyata keçirilməsinin ilk mərhələsində İsraildən 40 girovun azad edilməsi müqabilində Qəzza zolağının ərazisindən qoşunlarını çıxarmağa başlamağı tələb ediblər.

“Axios” mənbələrinə görə, sövdələşmənin hərbi əsirlərin azad edilməsini nəzərdə tutan üçüncü mərhələsinin həyata keçirilməsi münaqişənin bitməsini nəzərdə tutur.

İsrail təklif olunan razılaşmanı rədd edib, lakin bir İsrail rəsmisi bildirib ki, bu təklifin özü Qəzzada döyüşlər davam etdiyi halda, HƏMAS-ın girovları azad etmək üçün yeni saziş üzrə danışıqlara hazır olduğunu göstərir.

Qeyd olunub ki, yəhudi dövlət rəsmiləri bu təklifi əsassız hesab edib və vasitəçilərdən daha məqbul bir təklif hazırlamağa çalışmalarını istəyiblər. Belə ki, hazırda bu istiqamətdə işlər aparılır.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur