05.05.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

İstismarı yekunlaşan faydalı qazıntı yataqlarında ağacəkmə aksiyası keçirdi

09 apr 2024 07:00
GÜNDƏM
ads

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və “AzRosPromİnvest” MMC-nin təşkilatçılığı ilə Qazax rayonu ərazisində yerləşən “Daş Salahlı” bentonit gili yatağı üzrə istismarı yekunlaşan ərazilərdə ağacəkmə aksiyası keçirilib. 


Qütb.az xəbər verir ki, agentliyin, MMC-nin əməkdaşlarının, Qazax rayon icra hakimiyyətinin nümayəndələrinin və yerli sakinlərin iştirakı ilə 7 hektar sahədə torpaq-iqlim şəraitinə uyğun 1600 ağac əkilib.


Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən istismarı yekunlaşan və ehtiyatı bitmiş faydalı qazıntı yataqları sahələrində rekultivasiya işlərinin aparılmasına və ağacəkmə aksiyalarına start verilib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur