20.06.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

Kahramanmaraşlı jurnalist: "Azərbaycan Prezidentinə təşəkkür edirik"

19 iyn 2025 19:00
GÜNDƏM
ads

Bu gün Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan məhəlləsi”nin açılışı olub. Açılışda Azərbaycan və Türkiyə prezidentləri iştirak ediblər.

Xatırladaq ki, 2023-cü ilin fevralın 6-da mərkəzi Kahramanmaraşda baş verən zəlzələdən sonra Azərbaycanın dəstəyi ilə başlanan məhəllənin tikintisi başa çatıb.

320 hektar ərazini əhatə edən layihədə 1 323 yaşayış evi və 799 iş yeri daxil olmaqla cəmi 2 122 tikili inşa edilib.

Layihə çərçivəsində zəlzələ zamanı ciddi ziyan çəkən Sezai Karakoç İbtidai məktəbinin yerində Heydər Əliyev İbtidai məktəbi tikilib. TOKİ və Azərbaycan tərəfinin əməkdaşlığı ilə inşa edilən məktəbdə 20 sinif otağı, 3 laboratoriya, 3 uşaq bağçası sinfi, kitabxana, idman zalı və emalatxanalar da var.

Qutb.az-a danışan kahramanmaraşlı jurnalist Bekir Doğan bildirib ki, “Azərbaycan məhəlləsi” Kahramanmaraşın ən gözəl məhəlləsi olub:

“Memarlıq üslubu, modernliyi nöqteyi-nəzərdən bu məhəllə olduqca möhtəşəmdir. Buna görə Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına ürəkdən təşəkkür edirik. İnsanlar “Azərbaycan məhəlləsi”nin salınmasına görə təşəkkür edirlər. Doğrudan da çox gözəl məhəllə oldu. Məskunlaşmadan və buradakı dükanlar işlək vəziyyətə gəldikdən sonra məhəllə şəhər mərkəzində gəzməli-görməli yer olacaq”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur