14.12.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Kart məlumatlarını paylaşma! - DİN çağırış etdi

09 dek 2025 11:00
GÜNDƏM
ads

Vətəndaşların bank kartlarına müxtəlif kiber üsullarla müdaxilə halları var. Bank kartının üzərində olan məxfi məlumatların naməlum şəxslərə verilməsi maliyyə itkisinə və kredit öhdəliklərinin yaranmasına səbəb olur.

Bu barədə DİN-in Mətbuat Xidmətindən Qutb.az-a bildirilib ki, CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, sizə məxsus digər sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, eləcə də kartın PİN kodu naməlum şəxslərə ötürüldüyü halda hesabdakı pul vəsaiti, yaxud hesabda pul olmadığı təqdirdə kredit vəsaiti oğurlana bilər.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə bağlı təkliflərə qarşı diqqətli olmaları tövsiyə edilir. Qəti şəkildə şəxsi bank məlumatlarınızı naməlum şəxslərə verməyin, təhlükə realdır.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur