04.08.25 | Bakı 28.03° C |
10:06:25
Lent :

Laçında ayı balası - GÖRÜNTÜLƏR

04 avq 2025 03:00
GÜNDƏM
ads
Advertisement

Gözəl təbiəti və mənzərəli relyefi ilə göz oxşayan Laçın bir o qədər zəngin flora və faunaya malikdir. Dağlarında bir çox canlılara rast gəlinən Laçın meşələrində bu dəfə ayı balası maraqlı görüntüləri ilə diqqət çəkib.

Qutb.az xəbər verir ki, Laçın təbiətində, qonur ayı, canavar, adi tülkü, çaqqal, qayakeçisi və ya Bezoar keçisi, ceyran, maral, cüyür, qaban, İran sincabı, süleysin və bir çox məməlilər sinfinə daxil olan heyvanlara rast gəlinir.

Bu dəfə isə Laçın dağlarında ayı balası ağaca dırmanarkən maraqlı anları ilə diqqət çəkib. Həmin anlar Laçın Dövlət Təbiət Yasaqlığının Çorman kənd ərazisindəki meşəlikdə qeydə alınıb. Ağacın bir neçə metr hündürlüyünə çıxan ayı balası daha sonra oradan enərək yaşıllıqlar arasına qaçaraq gözdən itib. Həmin kadrları təqdim edirik.

Qeyd edək ki, kadrlar yasaqlıq əməkdaşı tərəfindən təhlükəsizlik qaydaları nəzərə alınaraq çəkilib.

AZƏRTAC-a istinadla həmin görüntüləri təqdim edirik:

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
28.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur