Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC 2024-cü il üzrə maliyyə hesabatını təqdim edib.
Ötən il şirkətin satışdan gəlirləri 327,58 milyon manat təşkil edib.
Onun xalis mənfəəti isə 61,8 milyon manat olub.
2024-cü ildə “Azərlotereya” 14,3 milyon manat investisiya edərək uzunmüddətli aktivlərini 30,3 milyon manatdan 44,6 milyon manata, cəmi aktivlərini isə 96,7 milyon manatdan 115 milyon manata çatdırıb.
İl ərzində şirkətin cəmi kapitalı isə 32 % artaraq, 38,8 milyon manata çatıb.
“Azərlotereya” ötən il 92,4 milyon manat vergi ödəyib. Bu məbləğdən hesablanmış sadələşdirilmiş və mənfəət vergisi məbləği 70,3 milyon manat təşkil edib. 2023-cü ildə bu göstərici 63,2 milyon manat olub.
Hesabatla daha ətraflı “Azərlotereya” ASC-nin saytından tanış ola bilərsiniz.