23.06.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

“İrandakı məqsədlərimizə çatmağa çox yaxınıq” - Netanyahu

23 iyn 2025 17:00
GÜNDƏM
ads
Advertisement

“İsrail İranda öz məqsədlərinə çatmağa çox yaxındır”.

Qutb.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında bildirib.

“Bu, bizi məhv etmək istəyən bir rejimdir və buna görə də mövcudluğumuz üçün iki xüsusi təhlükəni aradan qaldırmaq üçün bu əməliyyata başladıq: nüvə təhlükəsi və ballistik raket təhlükəsi.
Biz bu məqsədlərə çatmaq üçün addım-addım irəliləyirik, onlara nail olmağa çox yaxınıq”, - Netanyahu bildirib.

O, həmçinin qeyd edib ki, o, “yaxın dostu Trampa ABŞ Hərbi Hava Qüvvələrinin gördüyü gözəl işlərə görə təşəkkür etmək və amerikalı pilotları təbrik etmək” istəyib.

“Onlar Fordoya böyük ziyan vurublar. Bu məsələni hələ də araşdırırıq. Amma istənilən halda bu obyektlərin təhlükə yaratmayacağına zəmanət veririk. Məqsədlərimizə çatmaq üçün hər şeyi edəcəyik”.

Netanyahu əlavə edib ki, İsrail eyni vaxtda bir neçə cəbhədə fəaliyyət göstərir və İrandakı əməliyyat da Qəzza zolağında məqsədə çatmağa töhfə verir.

“Həmas təslim olsa, silahlarını yerə qoysa və bütün girovları azad etsə, Qəzzada müharibə bu gün başa çata bilər, lakin onlar bundan imtina edirlər”, - deyə o qeyd edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur