Ürək ağrısı 10 dəqiqədən çox davam edərsə, diqqətli olun! “İnfarktın 9 səbəbi var”
Ölkənin ən zəngin ailəsinin 4 üzvü həbs cəzası aldı
Röyadan yad kişiyə təklif: "Razmerin yaxşıdır, bir az boyun uca olsaydı, axşam..."
Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la (Xorvatiya) qarşılaşacaq “Zirə” iştirak ərizəsini UEFA-ya göndərib.
Qutb.az xəbər verir ki, siyahıya 2-si qapıçı olmaqla, ümumilikdə 21 futbolçunun adı daxil edilib.
Qapıçılar: Aydın Bayramov, Tiaqo Silva
Müdafiəçilər: Ruan Renato, Mutsinzi Ange, Rövlan Muradov, Elçin Əlicanov, Fuad Bayramov, İssa Cibrilla, Stefan Aka, Qismət Alıyev
Yarımmüdafiəçilər: İsmayil İbrahimli, George Papunaşvili, Ayron Qomis, Hacıağa Hacılı, Rikardo Quima, Ceyhun Nuriyev, Brahim Konate
Hücumçular: Davit Volkov, Martins Junior, Vinsent Till, Abdul Aziz Batibie.
Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da baş tutacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.