4 kənd nəzarətə götürüldü: növbəti mərhələdə hansı ərazilər azad ediləcək?
Bu il keçid balları artacaq? - AÇIQLAMA
Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilərək həbs olunan, Bakı Ağır Cinayətlər Məhkəməsində böyük mütəxəssis vəzifəsində işləmiş Camal Cavadzadənin barəsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən başlanan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qutb.az oxu.az-a istinadən xəbər verir ki, məhkəmə iclasında təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin qərarı ilə Camal Cavadzadə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Xatırladaq ki, Camal Cavadzadə 2024-cü ilin dekabr ayında saxlanılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilib.