24.10.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 okt 2025 07:00
GÜNDƏM
ads

600-ə yaxın məktəbin direktoru yoxdur. Aylardır ki, vakant yerlər boş qalıb.

 

Qutb.az xəbər verir ki, məktəblərə direktorların işə qəbulu prosesinə oktyabrın 30-u saat 11:00-da start veriləcək. Namizədlər noyabrın 11-i saat 17:00-dək qeydiyyatdan keçə bilərlər.

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin "İmtahan və Qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəylinin sözlərinə görə, Elm və Təhsil Nazirliyi tərəfindən yeni qaydalar təsis olunub. Artıq test imtahanı mərhələsi keçirilməyəcək. Namizədlərin əvvəlki qiymətləndirmə nəticələri, xüsusilə, sertifikatlaşdırlma prosesində toplanılan nəticələr nəzərə alınacaq. Qurum rəsmisi deyir ki, vakant yerlər 2 istiqamətdə olacaq. Şagird sayı 500-ə qədər olan məktəblər və şagird sayı 500-dən çox olan məktəblər.

 

Nurlan İsmayılbəyli müəllimlərin sertifikatlaşdırılması prosesindən də danışıb. Bildirib ki, cari ildə 16 mindən çox müəllim prosesi uğurla tamamlayıb. 6 mindən çox müəllim hər ay əməkhaqqına 35%, 10 mindən çox müəllim isə 10%-dən çox əlavə alır. Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbuluna gəlincə, o bildirib ki, prosesin test imtahanı mərhələsi artıq başa çatıb və keçid balları məlumdur.

 

Agentlik rəsmisi həmçinin qeyd edib ki, bu həftəsonu bağça müdirlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək. Bu mərhələdə müdirlərə 120 dəqiqə vaxt, 60 sual veriləcək. 1400-dən artıq rəhbər şəxs prosesə cəlb olunacaq. Prosesin nəticəsi onların əmək münasibətlərinə təsir etməyəcək. (Mənbə: Xəzər TV)

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
158 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur