14.08.25 | Bakı 23.03° C |
10:06:25
Lent :

Mərkəzi Nəbatat Bağı qonaqlara müraciət etdi

29 iyl 2025 18:00
GÜNDƏM
ads

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində publik hüquqi şəxs “Mərkəzi Nəbatat Bağı” paytaxt sakinləri və qonaqlara müraciət edib.

Mərkəzi Nəbatat Bağından Qutb.az-a verilən xəbərə görə, Mərkəzi Nəbatat Bağı təbiətlə vəhdət təşkil edən bir ərazi kimi flora və faunanın qorunmasına xüsusi diqqət yetirir.

Qeyd edilib ki, bu səbəbdən orada yaşayan istənilən növ canlıların, o cümlədən həşəratların mövcudluğu mümkündür: “Nəbatat Bağında yaşayan canlılara müdaxilə isə təbiətlə balansın pozulması ilə nəticələnər ki, bu da ekoloji baxımdan mənfi təsirlərə yol açar.

Bir daha sakinlərdən və şəhərimizin qonaqlarından Mərkəzi Nəbatat Bağında təyin olunmuş yerlərdə gəzmələri, azyaşlıları diqqətdən kənar qoymamaları xahiş edilir”.

Qeyd edək ki, bu gün iyulun 28-də Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan vurması barədə xəbər yayılıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
23.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur