14.12.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Metroda getdiyimiz yol qədər ödəniş edəcəyik? - RƏSMİ

26 noy 2025 17:00
GÜNDƏM
ads
Advertisement

Bakı metropoliteninin gediş haqqı sistemində differensial qaydada ödəniş üsullarının tətbiq edilməsi gələcəkdə nəzərdə tutula bilər.

Bu barədə Qutb.az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib. 

Qeyd edilib ki, bunun üçün Bakı Metropoliteninin mövcud infrastruktruru, texniki resurslar, differensial ödəniş üsullarının Bakı metropolitenində tətbiqi mümkün olan formalarının qiymətləndirilməsi və araşdırılmaları aparılmalıdır.

"Eyni zamanda bu ödəniş üsulunun tətbiqi üçün yeni xətlərin və yeni stansiyaların inşası da əhəmiyyət kəsb edir. Tariflər yalnız ödəniş üsulları ilə bağlı məsələlərə aydınlıq gətirildikdən sonra müzakirə oluna, sərnişin maraqları, o cümlədən sərnişinlər üçün daha cəlbedici təkliflər əsas götürülməklə, sosialkateqoriyalar, məsafəyə uyğun, metropolitendən istifadə və digər çoxsaylı aspektlərdən dəyərləndirilərək müəyyən edilə bilər.

Hazırda Bakı metropolitenində differensial ödəniş üsulunun tətbiqi ilə bağlı yalnız müzakiərlər aparılır",- rəsmi qurumun məlumatında deyilir.

Qeyd edək ki, differensial ödəniş üsulu məsafəyə görə ödəniş, həmçinin müxtəlif həssas qruplara müəyyən güzəştlərin edilməsi kimi yenilikləri özündə ehtiva edir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur