26.08.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

Metronun bu stansiyalarına nəzarət güclənəcək

26 avq 2025 19:00
GÜNDƏM
ads

Bakı metropoliteni avqustun 27-də “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqasındakı oyunu ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən Qutb.az-a verilən məlumata görə, xüsusilə matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək.

Bakı Metropoliteninin müvafiq əməliyyat planına uyğun olaraq, bu stansiyalarda növbətçilik cədvəli tərtib ediləcək. Arenaya yollanacaq azarkeşlərin yönləndirilməsi, səmti rahat müəyyən etmələri üçün əlavə işçi qüvvəsi cəlb olunacaq.

Qatarların hərəkəti yay qrafikinə uyğun təşkil olunacaq. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılması üçün hazır saxlanılacaq.

Həmçinin qeyd edək ki, qarşılaşma əlavə vaxtla davam etdiyi halda azarkeşlərin rahat şəkildə mənzilbaşına qayıtması üçün Bakı metropoliteninin iş saatının uzadılması planlaşdırılıb.

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur