16.08.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

MİQ-də müsahibə mərhələsinin vaxtı AÇIQLANDI

16 avq 2025 10:00
GÜNDƏM
ads
Advertisement

2025-2026-cı tədris ili üçün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsinin vaxtı açıqlanıb.

Qutb.az xəbər verir ki, müsahibə mərhələsi ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Müsahibə mərhələsi gələn həftə - 22 avqustan başlayacaq.

Bu mərhələdə namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.

Xatırladaq ki, ümumilikdə müsabiqə üzrə 3957 namizəd müsahibə mərhələsində iştirak hüququ əldə edib.

Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzi müsahibə mərhələsinə gələrkən aşağıdakı sənədlərin əslini gətirməyi tələb edib:
 - şəxsiyyəti təsdiq edən sənəd;

- ali, orta ixtisas, magistratura və ya yenidənhazırlanma təhsili haqqında sənəd və ona əlavə;

-  xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnamə.

Faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələr üzrə vakansiya seçimi mərhələsində uğur qazanan namizədlər əlavə olaraq faktiki yaşayış yeri ilə bağlı arayış təqdim etməlidirlər.

Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur